Aprelin 11-də “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistikası Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirilir.
×

AZƏRTAC xəbər verir ki, Komitənin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi islahatlar nəticəsində müasir Azərbaycanın dünyada inamla inkişaf edən, qlobal maliyyə-iqtisadi böhranlardan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanındığını deyib. Qeyd edib ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2030-cu ilədək dövrü əhatə edən strateji mərhələyə daxil olur. COVID-19 pandemiyası səbəbindən layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlərin bir qismi onlayn formada həyata keçirilib. Pandemiya ilə əlaqədar baş verən problemlərin olmasına baxmayaraq, layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə nail olunub.