Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib

ID:

04.10.2024 11:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.