Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Türkiyənin ailə və sosial xidmətlər naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

ID:

18.10.2023 16:50 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 18-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.