Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Türkdilli dövlətlərin iş adamları Qarabağdakı quruculuq işlərinə qatılacaqlar

ID:

10.09.2021 15:20 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Azər İbrahimov

Türkdilli dövlətlərin iş adamları Qarabağda həyata keçirilən quruculuq işlərində iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev TDƏŞ-in iqtisadiyyat nazirlərinin 10-cu iclası çərçivəsində keçirilmiş brifinqdə deyib.