Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

ID:

19.10.2022 11:05 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Oktyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.