Bu gün keçirilən tədbirin əhəmiyyəti çox vacibdir, önəmlidir. Ona görə ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası gələcəkdə bu ölkələrin və müşahidəçi dövlətlərin, fövqəladə hallarda birgə fəaliyyətinin əsasını təşkil edir.
×
Bu gün keçirilən tədbirin əhəmiyyəti çox vacibdir, önəmlidir. Ona görə ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası gələcəkdə bu ölkələrin və müşahidəçi dövlətlərin, fövqəladə hallarda birgə fəaliyyətinin əsasını təşkil edir. Carı ilin fevralında Türkiyədə baş vermiş zəlzələnin böyüklüyünü hamınız müşahidə elədiniz. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq bizim xilasedicilər, həkimlər və digər qurumlar həm xilasetmə işlərinə cəlb olundular, həm də yardım etdilər. Azərbaycan orada olan əhaliyə yardıma gedən ilk ölkələrdən oldu. Son illər iqlim dəyişikliyi ilə bağlı təbii hadisələrin çoxaldığı müşahidə olunur. Azərbaycanda da iqlim dəyişiklikləri artıq özünü büruzə verir. Zəlzələlər bütün illər ərzində olubdur və onların nə vaxt baş verəcəyini bilmək barədə elmdə bilgi yoxdur. Onun sadəcə fəsadlarının az olması üçün bütün ölkələrdə, o cümlədən də Azərbaycanda müəyyən işlər aparılır. Bilirsiniz ki, 2000-ci ildə baş vermiş zəlzələdən sonra Azərbaycanda, xüsusən də böyük şəhərlərimizdə binaların dayanıqlığı yoxlanılıb və bu proses həmişə davam edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində deyib.
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası hər hansı bir üzv dövlətin ərazisində təbii fəlakət baş verərsə, üzv ölkələrin xilasedicilərinin müəyyən vaxt gözləmədən orada iştirak etməsi və yaradılacaq mərkəzlərlə bağlı idi. Təşkilatın növbəti iclası Qazaxıstanda olacaq. Orada zirvə toplantısı olacaq və sənədlər imzalanacaq. Bundan sonra artıq bir neçə yerdə mərkəzlər olacaq. Bu, mərkəzlər üzv dövlətlərin ərazilərində yerləşəcək: “Bilirsiniz ki, böyük hadisələrin qarşısı nə qədər tez alınsa, orada insanların tələfatı az olur. Qalan məsələlər, quruculuq işləri, bütün xilasetmə işləri başa çatandan sonra başlayır”, - deyə Kəmaləddin Heydərov qeyd edib.