Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Qazaxıstanda keçiriləcək təsis yığıncağına hazırlıq müzakirə olunub

ID:

28.04.2023 15:15 / İQTİSADİYYAT

Foto : AZƏRTAC /Mehriban Kərimova

Türk Dövlətləri qiymətləndirmə birliklərinin rəhbərləri Azərbaycanda rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Qazaxıstanın Türküstan şəhərində keçiriləcək təsis yığıncağına hazırlıq və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb.