Sentyabrın 12-də Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr aparılır.
×
Sentyabrın 12-də Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr aparılır.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, ”Təmiz Şəhər” ASC, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmiləri, ölkədə fəaliyyət göstərən QHT rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
İctimai dinləmənin təşkilində məqsəd 1998-ci ildə qəbul edilmiş “Tullantılar haqqında Azərbaycan Respublikasının Qanunu”na zəruri əlavələrin və dəyişikliklərin edilməsi ilə əlaqədar müzakirələrin aparılması, İşçi qrupunun yaradılması, bununla bağlı təkliflərin hazırlanmasıdır.