Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Tovuz rayonunun kəndlərinə və dinc əhaliyə dəymiş ziyan qiymətləndirilir

ID:

23.07.2020 12:15 / İQTİSADİYYAT

Məlumat verildiyi kimi, dövlət başçısının “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar, aidiyyəti dövlət qurumları nümayəndələri və mütəxəssislərdən ibarət İşçi Qrup Ermənistanın hərbi təxribatı nəticəsində Tovuz rayonuna dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlayıb.