İyunun 11-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Rzayev müzakirəyə Torpaq Məcəlləsində dəyişiklik olunması haqqında qanun layihəsinin (birinci oxunuş) təqdim edildiyini bildirib.
×
İyunun 11-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Tahir Rzayev müzakirəyə Torpaq Məcəlləsində dəyişiklik olunması haqqında qanun layihəsinin (birinci oxunuş) təqdim edildiyini bildirib. O diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Prezidentinin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” 2021-ci il 15 iyul tarixli Fərmanından irəli gələn tələbləri özündə ehtiva edir. Layihənin bu günün tələblərinə uyğun hazırlandığını deyən Tahir Rzayev sənəddə təklif olunan dəyişikliklərin ölkədə kənd təsərrüfatının və emal sənayesinin inkişafı, kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması baxımından əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev təklif olunan dəyişikliklər barədə deputatlara məlumat veriblər. Onlar kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin və kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasının (quraşdırılmasının) tənzimlənməsinin sənəddə təklif olunan çevik mexanizmləri barədə danışıblar. Qeyd olunub ki, qanun layihəsi yalnız kənd təsərrüfatı yerlərində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün tikinti obyektlərinin həyata keçirilməsini nəzərdə tutur.
Sənədin müzakirəsində komitə sədrinin müavini Sabir Hacıyev, komitə üzvləri Cavanşir Paşazadə, İqbal Məmmədov, Azər Badamov, Emin Hacıyev layihədə təklif olunan dəyişiklikləri məqsədəmüvafiq hesab edib, bəzi fikir və qeydlərini səsləndiriblər.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyev və Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, sualları cavablandırıblar.
Müzakirənin sonunda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.