“Bakı KOB evi”ndə “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.
×
“Bakı KOB evi”ndə “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclərlə bağlı mövcud vəziyyət və onların optimallaşdırılması ilə bağlı imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən tədbirdə tikinti sektorunda fəaliyyət göstərən sahibkarlar və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev tədbirin tikinti sektorunda qanunvericiliyin tələbləri, tikinti və istismara icazələrin verilməsi, bu sahədə KOB subyektlərinin qarşılaşdığı çətinliklərin dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müzakirə edilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunduğunu bildirib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev qeyd edib ki, tikinti və istismara icazələrin verilməsi sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlərlə bağlı ictimai müzakirənin təşkili sektor üzrə çağırışlarla bağlı fikir mübadiləsinin aparılması, işlərin koordinasiyalı təşkili və dövlət-özəl sektor əməkdaşlığının inkişafı baxımından əhəmiyyətlidir. Belə tədbirlər, həmçinin mövcud prosedurların optimallaşdırılması və müvafiq sahədə islahatların həyata keçirilməsi üçün faydalıdır.