"Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) təcili tibbi yardımın təkmilləşdirilməsi ilə bağlı hər zaman Azərbaycana dəstək verir".
×
"Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) təcili tibbi yardımın təkmilləşdirilməsi ilə bağlı hər zaman Azərbaycana dəstək verir".
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.
O qeyd edib ki, səhiyyə sistemi insanları narahat edən təcili sağlamlıq məsələlərinə nə qədər çevik cavab verərsə, bir o qədər vətəndaşların məmnunluğu təmin olunar: "Ölkəmizdə son illər səhiyyə sistemində bir çox islahatlar aparılıb. İlk növbədə bu səhiyyənin maliyyələşməsinə aiddir. Bununla yanaşı, təcili tiblə bağlı olan sistemin təkmilləşdirilməsidir. Çox sevindirici haldır ki, ÜST buna kömək edəcək bir layihə təqdim edib. Bu sahədə 3 əsas istiqamətdə iş aparılır: birincisi xəstəxanayaqədərki mərhələdə təcili yardımın təkmilləşdirilməsi, ikincisi xəstəxana daxilində təcili tibbin müasir standartlara çatdırılması, üçüncüsü isə təcili tibbi yardımın tədrisi məsələsidir. Bu ilin fevralından görülmüş tədbirlər çərçivəsində təlimçi və təlimə cəlb olunan komandalar müəyyən edilib. Bu müddət ərzində komanda üzvləri Türkiyədə bir aylıq kursda olub, müəyyən yenilikləri ölkəmizə gətiriblər"