Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Tanınmış vokal sənətçisi Eldar Əliyev Bakıda dəfn olunacaq

ID:

17.08.2020 11:25 / MƏDƏNİYYƏT

Avqustun 4-də İtaliyanın Milan şəhərində vəfat etmiş tanınmış opera müğənnisi Eldar Əliyev Bakıda dəfn ediləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasimi, Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin və sənətsevərlərin iştirakı ilə xüsusi karantin rejimi qaydalarına müvafiq olaraq Azərbaycan Hökuməti tərəfindən təşkil olunacaq.