Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Taksi xidməti sahəsində dövlət-özəl əməkdaşlığı layihəsinə başlanılıb

ID:

27.01.2022 11:30 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Taksi xidməti sahəsində özəl şirkətlərin səmərəli fəaliyyətini nəzərə alaraq, şəhərimizin simvollarından birinə çevrilən, dövlətə məxsus təsərrüfat subyekti olan “Bakı Taksi Xidməti” MMC-nin şəffaflaşdırılması, rentabelliyinin artırılması və dövlət əmlakından səmərəli istifadənin yüksəldilməsi məqsədilə dövlət-özəl əməkdaşlığı layihəsinə başlanılıb.