Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Tahir Mirkişili: Azərbaycanın neft ixracından və qaz ixracından əldə etdiyi valyuta gəlirləri tarixdə ilk dəfə bərabərləşib

ID:

20.06.2022 12:30 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Cari ilin beş ayında Azərbaycanın neft ixracından və qaz ixracından əldə etdiyi valyuta gəlirləri tarixdə ilk dəfə bərabərləşib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib.