Kosmik fəaliyyətdə dövlətlə yanaşı, özəl şirkətlər də iştirak edir. Televiziya yayımında peyklərdən istifadə olunur.
Azərbaycanda kosmik fəaliyyətin əsasının qoyulması Ulu Öndərin ölkəyə rəhbərliyinin ilk illərinə təsadüf edir.
×
Kosmik fəaliyyətdə dövlətlə yanaşı, özəl şirkətlər də iştirak edir. Televiziya yayımında peyklərdən istifadə olunur.
Azərbaycanda kosmik fəaliyyətin əsasının qoyulması Ulu Öndərin ölkəyə rəhbərliyinin ilk illərinə təsadüf edir. Qarabağda gedən 44 günlük Vətən müharibəsi zamanı peyklərin müsbət rolunu gördük. Peyklərdən Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərində də istifadə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mayın 11-də komitə iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsini təqdim edərkən səsləndirib.
Komitə sədri bildirib ki, “Kosmik fəaliyyət haqqında” qanun layihəsi Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir. Sənəd Yerətrafı orbitlərdə, Ay, həmçinin digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.