Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Tahir Mirkişili: 2022-ci ilin icmal büdcəsinin gəliri 27 milyard 685 milyon manat təşkil edəcək

ID:

03.12.2021 15:25 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / İlqar Cəfərov

2022-ci ilin dövlət büdcəsinin ümumi məbləği dəyişməsə də, bir sıra maddələrdə dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.