Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

ID:

17.08.2026 07:10 / CƏMİYYƏT

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Şuşanın Kiçik Qaladərəsi kəndinə 11 ailə - 39 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə - 82 nəfər, Güneyxırman kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb.