Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şuşada keçiriləcək beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

ID:

14.06.2025 14:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Azər İbrahimov

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə iyunun 15-də Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq konfransın iştirakçıları iyunun 14-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.