Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

ID:

12.06.2024 07:35 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Orxan Kərimov

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.