Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

ID:

14.05.2024 07:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Nicat Haşımov

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.