Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Su elektrik stansiyalarının ekoloji faydaları hansılardır?

ID:

26.05.2023 16:10 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Su elektrik stansiyalarının ekoloji üstünlüklərindən biri yeraltı su ehtiyatlarının çirklənmədən qorunmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.