Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Stratap və KOB-lar üçün investisiyaların cəlbi ilə bağlı vörkşop keçirilir

ID:

13.06.2024 10:45 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Nicat Haşımov

İyunun 13-14-də Bakıda Azərbaycanın Rəqəmsal İqtisadiyyatına İnvestisiya Qoyuluşu (IDEA) layihəsinin ikinci mərhələsi çərçivəsində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə birbaşa xarici investisiyaların hədəflənməsi və cəlbi, eləcə də rəqəmsal xidmət ixracının artırılması istiqamətində rəqəmsal KOB və startaplar üçün vörkşop keçirilir.