Bu il sosial ödənişlər islahatı uğurla reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
×

H.Məmişov qeyd edib ki, ünvanlı yardım üçün ehtiyac meyarı 170 manatdan 200 manata çatdırılıb və əhatə dairəsi 280 min nəfəri əhatə edib: "Büdcədən maliyyələşən 15 növ aylıq birdəfəlik müavinətlərin məbləği orta hesabla 28, altı təqaüd növü üzrə məbləğlər orta hesabla 46 faiz artıb və 560 min nəfəri əhatə edib. Minimum pensiya məbləği 200 manatdan 240 manata çatdırılıb və 40 min nəfəri əhatə edib. Həmçinin 1.14 milyon pensiyaçıya maddi yardım ödənilib".
İdarə Heyətinin sədrinin sözlərinə görə, 2021-2022-ci illərdə icra olunan III sosial islahatlar paketi 3.4 milyon nəfəri əhatə edib və 2.1 milyard manat xərclənib.