Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Son beş ildə icra olunan sosial islahat paketləri 4 milyondan çox vətəndaşı əhatə edib

ID:

02.06.2023 11:20 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Prezident İlham Əliyevin tapşırıqları əsasında 2018-2023-cü illər ərzində 4 sosial islahat paketi icra olunub.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 il ərzində görülən işlərə həsr olunmuş mətbuat konfransında deyib.