Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Son 10 ildə ölkə iqtisadiyyatına 57 milyard dollar həcmində birbaşa xarici investisiyalar cəlb edilib

ID:

06.10.2021 11:55 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Roman İsmayılov

Son 10 ildə ölkə iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların məbləği 57 milyard ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 6-da Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə deyib.