Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Səudiyyə Ərəbistanının investisiya naziri Zəngilanda səfərdə olub

ID:

18.12.2022 17:00 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Azər İbrahimov

Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh və Azərbaycanın maliyyə naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov Zəngilan rayonuna səfər ediblər.