Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Səkkiz ayda Azərbaycanda 17,5 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib

ID:

14.09.2020 11:05 / İQTİSADİYYAT

Energetika Nazirliyi bu ilin yanvar-avqust aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 8 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 milyon kilovat/saat azalaraq 17 milyard 502,7 milyon kilovat/saat olub.