Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şəkər tozu ixracı azalıb

ID:

20.07.2020 12:00 / İQTİSADİYYAT

Bu ilin yanvar-iyun aylarında ölkədən 18,8 min ton şəkər tozu ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən şəkər tozunun dəyəri 7,7 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 11,2 milyon dollarlıq 25,4 min ton şəkər tozu ixrac edilib.