Sentyabrın 23-də Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilir.
×
Sentyabrın 23-də Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar olaraq keçirilən aksiyada Bakı və Sumqayıtda, Abşeron və digər rayonlarda yaşayan həmin həssas kateqoriyadan olan vətəndaşlar kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçirlər.
Onlara EKQ, ExoKQ və USM müayinəsi, müasir beynəlxalq standartlara cavab verən laborator müayinələri aparılır. Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilir, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilirlər.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilən tibbi aksiya saat 16:00-a kimi davam edəcək.