Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də İsmayıl Anatoliy oğlu Xəlilovdur.
AZƏRTAC xəbər verir ki, iyunun 7-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Mehdiabad qəsəbəsindəki qəbiristanlığa gətirilib.
×
Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də İsmayıl Anatoliy oğlu Xəlilovdur.
AZƏRTAC xəbər verir ki, iyunun 7-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Mehdiabad qəsəbəsindəki qəbiristanlığa gətirilib. O, burada valideynlərinin məzarının yanında dəfn olunub.
Dəfn mərasimində qəsəbə sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədalarının və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub.
Şəhidin qardaşı Ruslan Xəlilov jurnalistlərə açıqlamasında bildirib ki, qardaşı İsmayıl 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanıb: “Dörd ay xəstəxanada müalicə aldıqdan sonra qardaşım oradan qaçaraq yenidən könüllü şəkildə döyüşlərə qatılıb və həmin istiqamətdə də itkin düşüb. 2024-cü ilin aprelində onun kimliyi müəyyən olunub. İsmayılın valideynlərimizin yanında dəfn olunmasını çox istəyirdik. 32 illik həsrətimizə son qoyuldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.