Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

ID:

13.04.2023 20:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / İlkin Cavanşirov

Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu “İmam Həsən” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Heydər” məscidində müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilərə iftar süfrəsi açılıb.