Bu cür beynəlxalq tədbirlər müxtəlif xalqların bir-birini tanıması üçün çox əhəmiyyətlidir və biz yalnız bu yolla sülhə, eləcə də mədəniyyətin inkişafına töhfə vermiş olarıq.
×
Bu cür beynəlxalq tədbirlər müxtəlif xalqların bir-birini tanıması üçün çox əhəmiyyətlidir və biz yalnız bu yolla sülhə, eləcə də mədəniyyətin inkişafına töhfə vermiş olarıq.
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op bildirib.
"Nizami Gəncəvi Azərbaycanın ədəbi-fəlsəfi fikrində və mədəniyyət tarixində ən mühüm şəxsiyyətlərdən biri olmuşdur. Onun fəlsəfi baxışları və yanaşmaları hərtərəfli araşdırılmalı və öyrənilməlidir. Nizami həm də dünya ədəbiyyatı və mədəniyyəti tarixinin ən görkəmli simalarından biri hesab olunur”,- deyə səfir qeyd edib.
Səfir, həmçinin dahi şair və mütəfəkkir Nizami Gəncəvi kimi görkəmli şəxsiyyətlərinin mədəni irsinin təbliği istiqamətində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib.