Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Səfər Mehdiyev: Ötən il elektron xidmətlərdən istifadə 14 milyondan çox olub

ID:

30.01.2022 09:30 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

2021-ci ildə "smart customs" və digər elektron xidmətlərdən istifadə 14 milyondan çox olub.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə DGK-nin sədri Səfər Mehdiyev deyib.