Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Seçki sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə növbəti treninqlər Binəqədidə keçirilib

ID:

22.01.2024 15:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təsdiqlənmiş Təqvim Planına əsasən, 8 saylı Binəqədi birinci seçki dairəsi dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə onların hazırlığının artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması məqsədilə yanvarın 22-də 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasında növbəti treninq təşkil olunub.