Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
×
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, aparatın əməkdaşları, rayon üzrə ərazi partiya təşkilatının sədrləri və üzvlər iştirak ediblər.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Bu günün tarixi önəmindən bəhs edən M.Nağıyev xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, iki il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu söyləyib.
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi dosent Mübariz Ağalarlı çıxışında tarixən xalqımızın ən çətin anlarda bir olduğunu bildirib, tarixi qələbələrin qazanılmasında həmrəyliyin vacibliyini vurğulayıb.
"Lermontov küçəsi 74" ƏPT sədri Elçin Əhmədov, "Neftçilər prospekti 24" ƏPT sədri İmmiyə Zamanova, "91-lər"in nümayəndəsi Ədalət Fərəcov, Partiyanın veteran üzvü Rizvan Vahabov, Partiyanın fəal üzvü Gülbəniz Abbasova və "İstiqlaliyyət küçəsi 27" ƏPT gənc üzvü Bəhlul Əsədov çıxış edərək, Azərbaycan xalqının hər zaman zəfərlərə layiq olduğunu və bu tarixi zəfərlərin istər ölkəmizdə, istərsə də respublikamızdan kənarda yaşayan soydaşlarımızın birliyi vasitəsilə qazanıldığını söyləyiblər