Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Sara Göyçəlinin “Qazilər” kitabının təqdimat mərasimi keçirilib

ID:

08.09.2021 16:15 / MƏDƏNİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Füzulidən Şuşayadək döyüş yolu keçərək çiynindən və ayağından qəlpə yarası alan sıravi əsgər Nicat Ələkbərov, Hadrutda minomyot atəşinə düşərək iki ayağından ağır qəlpə yarası alan kəşfiyyatçı Əli Əliyev, Xankəndi yaxınlığında mühasirəyə düşərək çoxsaylı qəlpə yarası alaraq bir gözünü itirən əsgər Əli Hüseynov, bir ay şərəfli döyüş yolu keçərək Xocavənddə ayağından ağır yaralanan baş leytenant Arif Niftəliyev, Xocavənddə səngərdə ikən qəlpənin qolunu və ayağını deşdiyi 21 yaşlı Tofiq Musaxanlı, Cəbrayılda döyüş zamanı güllənin sinəsindən girib kürəyindən çıxdığı kapitan Aqil İslamov.