Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Samir Şərifov: Yeni dəyişikliklərlə dövlət büdcəsinə gəlirlərin 46,8 faizi qeyri-neft sektorunun payına düşəcək

ID:

22.06.2022 12:30 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / Aydın Məmmədov

Yeni dəyişikliklərlə dövlət büdcəsinə gəlirlərin 53 faizi neft, 46,8 faizi isə qeyri-neft sektorunun payına düşəcək.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin növbədənkənar sessiyasının iyunun 22-də keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı söyləyib.