Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Ruanda Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

ID:

20.09.2025 16:15 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Tofiq Babayev

Sentyabrın 20-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame Bakıda “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.