Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Risklə üz-üzə qəhrəmanlar: FHN-in xilasediciləri

ID:

16.12.2025 10:00 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Səfiyar Məcnun

Bu gün - dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri peşə bayramlarını qeyd edirlər. Bu nazirlik yarandığı gündən ölkədə əhalinin təhlükəsizliyinin təmin olunması, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması, yanğınların söndürülməsi, partlayıcı maddələrin zərərsizləşdirilməsi və xilasetmə əməliyyatlarının həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərir.