Multikulturalizm və tolerantlıq siyasi və hüquqi təzahürdür. Bu gün dünyada baş verən mənfi hadisələrin kökündə məhz bu sahədə olan problemlər dayanır.
×
Multikulturalizm və tolerantlıq siyasi və hüquqi təzahürdür. Bu gün dünyada baş verən mənfi hadisələrin kökündə məhz bu sahədə olan problemlər dayanır.
Azərbaycanda müxtəlif dinlərdən olan insanlar yaşayır. Ölkəmiz tolerant ölkə olduğunu Vətən müharibəsində bir daha sübut etdi. Milli birliyimiz Qələbəmizi şərtləndirən amillərdən biri idi.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov noyabrın 14-də "Azərbaycan: birgəyaşayış nümunəsi” mövzusunda keçirilən konfransda deyib.
Rəvan Həsənov vurğulayıb: "Dünyanın 25 ali təhsil ocağında Azərbaycanın multikulturalizm ənənələri öyrənilir. Bütün dini liderlər sülh və təhlükəsizlik çağırışları etmirlər. Amma Azərbaycan bu istiqamətdə də nümunə göstərir”.