Region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanır. Təkliflər ümumiləşdirilir. 2023-cü ildə də bu ənənə davam etdiriləcək, region mətbuatı daha da inkişaf etdiriləcək.
×
Region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanır. Təkliflər ümumiləşdirilir. 2023-cü ildə də bu ənənə davam etdiriləcək, region mətbuatı daha da inkişaf etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA-nın 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
Həmçinin MEDİA-nın fəaliyyət istiqamətləri barədə məlumat verən Əhməd İsmayılov qeyd edib ki, bunlar əsasən normativ hüquqi bazanın təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, mediaya dəstək layihələrinin həyata keçirilməsi, jurnalistlərin peşəkarlığının, media sahəsində təhsilin keyfiyyətinin artırılması, MEDİA-nın kommunikativ aktivliyi, beynəlxalq əməkdaşlığın inkişafı, araşdırma və təhlillərin aparılmasıdır.