Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qızıl Zəngilanın qızıl həyatı yenidən qayıdacaq - AZƏRTAC-ın müxbirinin səfər təəssüratları

ID:

06.01.2021 17:10 / REGİONLAR

Foto : AZƏRTAC / Tofiq Babayev

Rəşadətli Azərbaycan Ordusu təxminən 30 il işğal altında olan torpaqlarımızı cəmi 44 gün ərzində düşməndən azad etdi. Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsində yağı tapdağından azad edilən qədim yurd yerlərimizdən biri də Zəngilan rayonudur.