Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna 101 nəfər yoluxub və pandemiya dövründə yoluxanların sayı 43 min 459 nəfərə çatıb.
×
Son sutka ərzində Qırğızıstanda COVID-19 koronavirusuna 101 nəfər yoluxub və pandemiya dövründə yoluxanların sayı 43 min 459 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Qırğızıstan Səhiyyə nazirinin müavini Mademin Karatayev Bişkekdə keçirdiyi brifinqdə məlumat verib.
Deyilib ki, son gündə 2, ümumiyyətlə isə 3 min 116 tibb işçisi virusa yoluxub.
Qeyd olunub ki, son sutka ərzində virusdan ölüm halı qeydə alınmayıb, indiyədək ölkədə 1059 koronavirus xəstəsi vəfat edib.
Hazırda ölkənin xəstəxanalarında 5 min 534 nəfər müalicə olunur. Bunların 854-ü stasionarlarda, 4 min 680-i isə ambulator şəraitdə müalicə alırlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek