Avqustun 31-də Bişkekin mərkəzindəki Ala-Too meydanında Qırğızıstanın müstəqilliyinin 29-cu ildönümü münasibətilə bayram tədbiri keçirilib.
×
Avqustun 31-də Bişkekin mərkəzindəki Ala-Too meydanında Qırğızıstanın müstəqilliyinin 29-cu ildönümü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Baş Nazir Kubatbek Boronov, Joqorku Keneşin (parlament) sədri Dastan Jumabekov, Prezident Aparatının nümayəndələri, hökumətin və Joqorku Keneşin üzvləri, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Prezident Sooronbay Jeenbekov bayram münasibətilə qırğız xalqını və bu ölkədə yaşayan digər xalqların nümayəndələrini təbrik edib, müstəqillik illərində qazanılan uğurlardan danışıb.
Dövlət başçısı deyib ki, müstəqilliyin qazanılması heç də asan olmayıb. İndi əsas vəzifə müstəqilliyi qoruyub saxlamaq və inkişaf etdirməkdir.
Bayram tədbiri konsert proqramı ilə başa çatıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek