Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qırğızıstanda COVID-19-a yoluxanların sayı 43 minə çatıb

ID:

22.08.2020 11:15 / DÜNYA

Son sutkada Qırğızıstanda COVID-19 koronovirusuna 186 nəfər yoluxub və yoluxanların ümumi sayı 42 min 889-a çatıb.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada 13, ümumiyyətlə isə 3 min 86 tibb işçisi bu virusa yoluxub.