Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqları artırılıb

ID:

08.08.2024 12:45 / CƏMİYYƏT

Foto : AZƏRTAC / Arif Quluzadə

Avqustun 8-də Bakı Konqres Mərkəzində “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun və UNICEF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən “Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.