Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qarabağdakı layihələrə Beynəlxalq Biznes Foruma üzv ölkələrdən investorların cəlb edilməsi təşviq olunacaq

ID:

15.10.2021 19:10 / İQTİSADİYYAT

Foto : AZƏRTAC / İlqar Cəfərov

Noyabrın 14-17-də Bakıda 25-ci Beynəlxalq Biznes Forum (İBF- İnternational Business Forum) keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı oktyabrın 15-də KOBİA və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə keçirilmiş mətbuat konfransında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı, MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar və MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Abdurrahman Uzun iştirak ediblər.