14 İyun - Ümumdünya Qan Donoru Günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunda fəal iştirak edən bir sıra vətəndaşlara və qurumlara təşəkkür edib.
×
14 İyun - Ümumdünya Qan Donoru Günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı qan donorluğunda fəal iştirak edən bir sıra vətəndaşlara və qurumlara təşəkkür edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verdiyi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycanda 1500-ə yaxın talassemiya xəstəsinin həyatı, qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır.
Xatırladaq ki, Ümumdünya Qan Donoru Gününün təsis tarixi 2005-ci ilə təsadüf edir. Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi və bu günün öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü, yəni iyunun 14-ü müəyyən edilməsinə dair qərar qəbul olunub.
Onların qəhrəmanı ol! Qan ver, həyat qurtar!