Azərbaycan Dövlət
İnformasiya Agentliyi
AZ RU EN

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub

ID:

17.12.2025 18:30 / CƏMİYYƏT

Foto : AZƏRTAC /Aydın Məmmədov

Dekabrın 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hicran Hüseynova iclasda bir məsələnin - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində , “Həmkarlar İttifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında” , “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında” “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirə ediləcəyini söyləyib.